24 Ocak 2015 Cumartesi

Suicide Room-İntihar etmək istəyənlər gəlsin -SALA SAMOBÓJCÓW-

Suicide Room


Bu dəfə sizə baxdığım flimdən yazacam :)) Flim ilk dəfə Facebookda bir dostum videosun paylaşanda görmüşdüm. Videodan flim əyləncəli ya da gənclik sevgi flimi olacağın fikirləşirdim tam tərsi çıxdı. İlk əvvəl flimi tövsiyyə edən dostuma təşəkkürlər )) İlk öncə flim haqqında ümumi məlumatları verim . Flim 2011 Polşa istehsalıdı və Berlin Flim Festivalinda panaroma kateqoriyasında mükafat alıbdı. Rejissor və senario Jon Komasa , aktiyorlar Jakub GierszalRoma Gasiorowska, Agata Kulesza
Flimi izləməzdən əvvəl baxanların rəylərini axumaq xəstəliyim var )) və bu flim haqqında heç br pis rəy yox idi hamı uzun müddət təsirindən çıxmadığını , çox təsirlənən adamlara isə baxmamağı məsləhət görürdülər.


Gördüyün şəxs baş  rolumuz Dominik 
Yazını yazmazdan əvvəl deyim ki, psixologiyanızı alt-üst edə biləcək flimdi. və mütləq izləməlisiniz +18 olduğunu da qeyd etdim
Flim gənclərin yeniyetməlik dövrlərindəki psixologiyasını özlərini tam başa düşmədən qarşısındakı dünyanı başa düşməyə çalışmağındandı
Filmin əvvəlində shakespeare-in sözlərindən çox istifadə edilir :

*"qapalı dünya, açıq yaralar."
*"açıq dünya, qapalı yaralar."
*"sənət ümumilikdə dəlilərin  hərəkətlərini və pisliyini xaricə vurmaq formanı ilə göstərilir"
*"həqiqət, digər qalan hər şey qutardığından sonra qalan şeylərdi."
*"Əslində öz canına qıyan insanları başa düşmürəm  insanın yaşamağa qarşı cəsarəti olmalı, məncə onlar qorxaq. dünyanın öz ətraflarında fırlandığını fikirləşən eqoist yaratıqlardı. sənə verilmiş ən gözəl hədiyyəni necə rədd edə bilərsən ki ?"

Dominik 18 yaşında gəncdi. Atası siyasətçi anası isə iş qadınıdı. Uzaqdan baxanda hər şeyi var. Dostları ilə əylənən normal gənc kimi görsənir . Amma əslində o yalnız biridi içində və üzdə xoşbəxt görsənməyə çalışır. Hər şey məktəb qonaqlığına qədər normal gedirdi. Qonaqlqdan dostları ilə içdikdən sonra söhbətlər başqa yerə gedir. Dostları Dominik və Alexdən öpüşməklərini istəyir. Cəsartələrini göstərmək üçün öpüşürlər və videoları sosial saytlarından birində paylaşılır. Əvvəlcə gələn rəylər Dominik xoşuna gəlir.
Sonra Dominik Gay olması ilə bağlı söylntilər bütün məktəbə yayılır. Əvvəl vecinə almasa da  rəylər çoxladıqca Dominik pis olmağa əsəbləşməyə başayır. sonra o da özündən şübhələnməyə Gay olduğun fikirləşməyə  başlayır.
Amma Alex Dominik narahat etməyə başlaır və net-də onunla bağlı paylaşım edir


Bundan sonra Dominik mktəbdən və ətrafındakı insanlara nifret edir. Otağına qapanır. Birdeən internetdə tanımadığı birində mesaj gəlir " Yaralandım səssizcə ağlıyıram ..."  Dominik də " yaşayıram səssizcə qan ağlıyıram..." yazır

Danışdığı qız Sylwia adlı qızdı. Qız onu özünün qurduğu "İntihar otağı" oyununa dəvət edir. Dominik özünə avtar hazırlayıb oyuna başlayar. 


Oyunda hamının bir məqsədi var ölmək... "Bu dünya ölür , bu dünya bizə layiq deyil , bizim getmək məcburiyyətində olmaq səbəbimiz budur "


Donimik də oyundakı hər kəs kimi öz otagında çıxmayıb yemək yemədən bütün gün oynamağa Sylwia ilə danışmağa başlayır.Sylwia ilə bir-brlərinə  bağlanırlar. Sylwia onun üçün doğru seçim olmaya bilər amma içindəki mən xoşbəxt deyiləmi üzə vurmaq cəsarətini ona verir. Sylwia ona "qorxud onları .Terorist ol , Sən teroristsən " deyir . qısacası intiqamını al . Amma dalaşaraq yox gedib soyuqqanlıqla ayaqdayam deməklə. Dominik ondan aldığı cəsarətlə məktədbə özünə inamla gəzir ( o səhnə başqa idi ) hamın gözünün içinə  baxır və Alex dərsdə ona baxanda Dominikin ona yazığı gələn alçaladan baxışarı ən böyük intiqamı olur

Sylwia ilə daha çox yaxınlaşar 10 gün otağında çölə çıxmaz . Ailəsi nə qədər çalışsa da onu otağıda çıxara bilməz. Sylwia ölmək istəyir o artıq qərarını verib amma Dominik elə deyil ölmək istəsəndə bir tərəfdən istəmir Sylwia ilə görüşmək istəyr amma o otaöında çölə çıxmadığını deyir. Sylwia  yalvaraq ağladığı səhnələr ... baxmağınınz lazımdı


Psixiatrla danışarkən kamerada Sylüyanın üzə baxaraq ona dediyi sözlər :
"Əslində öz canına qıyan insanları başa düşmürəm  insanın yaşamağa qarşı cəsarəti olmalı, məncə onlar qorxaq. dünyanın öz ətraflarında fırlandığını fikirləşən eqoist yaratıqlardı. sənə verilmiş ən gözəl hədiyyəni necə rədd edə bilərsən ki ?"


Bütün bunlar Sylwiaya o desə də Atasının otağından çıxmağına dözməyib net-i kəsməklə otağından çıxır.Amma Sylwianı tapmaq üçün bara gedir Sylwianin intiha yolu ilə intihar edir.



İntihar edərkən öldüyün hiss etdiyi anlar ağlayıb kömək istəməyi. Valideyinlərimi çağırın deməsi təsirli idi . Onda başa düşdü əslində ölmək istəmədiyini .

3 ildi otağından çıxmayan Sylwia Dominikin ölüm xəbəri ilə oatğından çıxır


Gözəl mesajlar verilə flim idi. Flim aktiyorları senarisi ilə möhtəşəm flim idi. Flimdə 24 saat net-in başında oturan insanlar , ana-ata sevgisinsən uzaq qalanları , digərləri tərəfində kənarlaşdırılan insanlar var.  Əslində hamımızın keçdiyi ya da hal-hazırda keçirdiyi yeniyetməlik dövrünsən bəhs edir. Özümüzü tanımağa çalışdığımız nə istədiyimiz bilmədiyim , bütün dünyanı bizə qarşı olduğunu  fikirləşdiyimiz vaxları. Hamımızın içində Dominik kimi biri var və Sylwia  dünyanın aci həqiqətlərin ona deyirdi . Oda mübarizə etməyə çalışırdı. 


''Mən azadam , 
bu duyğunu tövsiyyə edirəm , ehtiyacın olan hər şey onun içindədi..''






Sonda Flmin OST-i


12 Ocak 2015 Pazartesi

2015-də K-pop-da nələr olacaq ?

2015-də Kpop fanlarını gözləyən yeniliklər.

2014 K-pop fanaları üçün yaxşı başlasada yaxşı keçmədi sevilən qruplardan ayrılanları sevgili skandaları , gözləmədiyimiz adamlarda gözləmədiyimiz skandallar , qəzalar , itkilərlə yadda qaldı. Kpop fanları üçün uğurlu il olmadı. Musiqi cəhətdən uğurlu comebacklar debutlar oldu. 
 2015-də bizi nələr gözləyir görəsən ? Şirkətlər çoxlu debut və comeback və konset sözü veriblər amma ilin axırına kimi nələr olacaq gözləyik görəcəyik :)) hələ ki şirkətlətin planlarına baxaq :))



İlk olaraq A cube ilə başlayaq. ^^ A Cube-dən A Pink yanarın 30-31-ində ilk solo konsertlərin verəcəklər konsertin bilətləri çıxdığı anda hamısı satıldı , konsertdən sonra Asya turuna çıxacaqlar söylənir. Yaponiya da aktiv olacaqlar . A Cube-dən Hug Gak ilin əvvəllərində geri dönüş edəcək. Və bu il üçün A Cube yeni  oğlan qrupu çıxardacaq 



Cube Ent. Bu il daha çox sənətçilərini musiqiçi etmək üçün çalışacaq. 4minute və G.Na-ya daha çox üstünlük verəcəklər. 4minute ilin əvvəlində comeback edəcək. Cube-nin  yeni qız qrupu CLC çıxışa hazırlaşır. Ümid edirəm arada B2st də comeback edər



DSP ENT.~~~ Kara Çinə açılacaq , daha çox konsert verəcəklər. "DSP Girls" çıxış edəcək. İlin 2-ci yarısında yeni oğlan qrupu çıxacaq

JellyFish Ent. VİXX daha çox xaricidəki promosyonlarına üstünlük veriləcək. Sung Shi Kyung və Park Hyo Shin ballad mahnılara üstünlük verəcək . Seo İn Guk Yaponyayda aktiv olacaq. İlin ikinci yarısında yeni qız qrupu çıxardacaq.


JYP ENT- Qız qrupu Six Mix çıxışa hazırlaşır , Five Live çıxış edəcək. Miss A 15& və Baek Ah Yeon geri dönüş edəcək. JYP arada Got7-də yadına sal olara normal comeback elətdir :/



MBK ent. Yeni il-də çoxlu planları var . Yeni qız və oğlan qrupu çıxardacaq üzvlərin bəzilərinin şəkilləri yayımlandı.  Kim Kwang Soo MC the Max/FT Island kimi band oğlan qrupu hazırlanır. Yeni qız qrupunun tərzi isə T-aradan fərqli olacaq. T-ara daha çox solo işlərə üstünlük veriləcək.


Pledis. 4 ildi hazırlaşdıları proyekti çıxardacaqlar. Oğlan qrupu SevenTeen ilin əvvəllərində çıxış edəcək.Orange Caramel aktiv olaraq pomosyon edəcək, belə ki alt qrup deyil də özlərinə ait qrup kimi çıxış edəcəklər. After School ilin 2-ci yarısında yenidən yüksələcək. Şirkət Çində də daha çox akvi olacaq konsertlər verəcək.

Sm Ent. Sm-in 2015 planları nete düşdü Sm bunu rəsmi olmadığını desədə SM çıxıları sıralamda olduğuu kimi davam edir. Ümümi desək SM bu il sololara üstünlük verəcəyi açıqlandı 2014-un sonlarında solo çıxışlar başlamışdı EXO comeback teaseri MAMA-da yayımlandı EXO-Llər comebacka hazırlaşır. Sm internete düşən 2015 planları belədi :
2015.1: SHINee Jonghyun solo albom + EXO
2015.2: SNSD Taeyeon solo albom + Red Velvet
2015.3: SHINee albom + EXO repackage albom
2015.4: SHINee repackage albom + f(x) mini
2015.5: Super Junior Yesung solo albom + Henry albom + BoA albom
2015.6: TVXQ albom + SM Rookies çıxış
Bu sıralamadan EXO , Amber solosu BOA 15-ci il üçün xüsusi albom təstiqləndi. Shinee Jonhyun solo debutunu etdi . baxmaq istəsəz :



Starship -Soyu x Jungigo kimi müxtəlif proyektlər edəcəklər .Oğlan qrupu üçün uğurlu çıxış hazırlanır. SISTAR və Boyfriend'in Çində popuylar olduğunu gördülər, Çinə açılmağa çalışacaqlar.


TOP Media- Teen Top'ın solo işlərinə , seriallara , muzikallara və bəstəkarlığa üstünlük verəcəklər.Grup Koreyada daha aktiv olacaq.100% Koreya içi + xarici promosyonlara üstünlük veriləcək.İki oğlan grupu olmasına baxmayaraq TOP Media yeni oğlan qrupu çıxardacaq.

TS ent
- SONAMOO promosyonları davam edəcək
- SECRET aktiyorluğa və solo çıxışlara üstünlük verəcək 
- Untouchable və SONAMOO xaricə aşılacaq
- SECRET'in Yaponya promosyonları + SONAMOO'nun Çin və Yaponya çıxışları planlanladırılır
- Untouchable Yaponya'da yaxşı qarşılandı bu il rəsmi olaraq promosyonlara başlayacaq.
Woollim
- INFINITE müxtəlif sahələrdə promosyon edəcək, əvvəlcə INFINITE-H və sonra Sunggyu solo albomu gəlir 
- INFINITE həm də qrup olaraq  geri dönüş edəcək
 - Yeni oğlan qrupu da hazırlanır, LOVELYZ öz yerini möhkəmlədirdikdən sonra geri dönüş edəcək
- Ajansın ən böyük problemi LOVELYZ'in nə qədər uğurlu olacağıdı, çünki şirkətin bütün işləri qrupun üstünə quruludu.
- Woollim fanlar üçün şirkətdə xüsusi otaq hazırlayacaq.


YG  ENT- hər il olduğu kimi bu ildə çoxlu debut albom sözü veriri amma ilin axırına qədər hansı olacaq dəqiq bilinmir. YG fanları teaseri görməyə kimi heç nəyə inanmırlar məsələn mən :D Nəysə YG -nin 2015 planları:))
- iKON'un çıxışı gündəmdədi , ilin əvvəlləri çıxış edəcəyi deyilir əvvəlcə İkon TV verlişi ondan soran debut olacaq deyilir.
- Yeni qız qrupu çıxır
- Big Bang'in yeni albom hazırlayır. Bütün Kpop fanları BB gözləyir keçən ildən çıxılacaq deyilən albomu )) VİP olaraq səbrimiz qalmasa da ela albomla geri döncəklərinə inanırıq
- Psy ful albom sözü verdi,
- CL ABŞ-da solo çıxışına hazırlaşır.
- 2ne1 dəqiq olmasa da albom hazırlandıqları xəbərini fanlarına verdi.
- Winner də comeback edəcəyi söylənilir


Kpop fanlarını bu il bol comebacklar , solo çıxışlar , yeni qrup çıxışları gözləyir. Ümid edirəm Skandalsız , ayrılıqlarsız , ancaq musiqi ilə rəqbətin olduğu bir il olar :))


5 Aralık 2014 Cuma

MAMA [2014 Mnet Asian Music Awards]

MAMA  [2014 Mnet Asian Music Awards]

Bir neçə gün əvvək MAMA 2014 Mükafatlandırma tədbiri baş tutdu. MAMA haqqında onu deyə bilərəm ki Asyanın ən böyük mükafatlandırma mərasimlərindən biridi və həm fanlar həm müğənnilər üçün vacibdi. Mükafatlandırma mərasimi daha maraqlı edən isə performanslardı. Səs vermə sistemi 1 ay müddətində fanlar kateqoriyalar üzrə istədikləri müğənnilərə səs verir bu kateqoriyada qalib gəlmək üçün vacib olsada albom satışları , musiqi verlişlərində birinciliklər , mahnının musiqi siyahılarındakı yeri həm namizəd olmağa həm də qalib olmağa təsir edir.
Keçək MAMA 2014-ə )) bu ilki MAMA fanlar tərəfində çox gözlənilirdi. Çünki performan göstərəcək adlar son günə qədər açıqlanmadı. Təkcə EXO və GDxTaeyang olacağı söylənmişdi .Son günlərdə isə BTS və Block İnfinite və İU açıqlanmışdı. Son gündə isə əfsanəvi müsiqiçi John Legend olacağı və SNSD Tiffany ilə düet olacağı açıqlandı.
Bu MAMA-nın keçən ilk qədər maraqlı olmadığı da söyləndi , performanslar sönük qaldığı və 2ne1-nin heç bir mükafat almaması çaylak ( yeni az tanınmış qruplar ) qruplar daha çox performans göstərdi deyənlərdə oldu deyildi. Mənim fikirimcə də keçən ilk daha möhtəçəm idi və daha güclü adlar səhnə almışdı amma bu ildə maraqlı performanslar oldu və bəzi çaylak qrupların səhnə almasına sevdim bəzilərinə isə yox )))
Mən Qırmızı xalçaya baxa bilmədim ancaq əsas hissəni izlədiyimi üçün onun haqqında fikirlərimi yazacam ))
MAMA 2014 açılışı Dancing 9-nın ( Mnet-də rəqs yarışması verlişi ) rəqs performansı ilə açdı. və sonrasında Hamının gözlədiyi Show ME Money 3-un qalib komandası 

Dok2+BOBBY+The Qquiet və YG-nin yeni Hip hop proyek üçlüsü Dok2 BOBBY Maste WU "come here" performansı ilkde dəfə MAMA-da oldu BoBBy-nin performansı başı bəlalı oldu çünki repi ilə diss atığı söylənildi VİXX Boyfrend və BTS-dən rApmonsterə diss atıdığı söyləntiləri gəzir.


İlk mükafatlandlandırmada  Best New Artist|WINNER oldu və məncə layiq idilər :))

Best Dance Performance Solo|SUNMI oldu düzü mən Rain ya da Hyuna olsun istəyirdim onlara səs vermisdim amma nəysə artıq seçildi )))

Sonrakı performans Ailee & Girls Day performanı idi. Düzünü desəm performansı bəyənmıdim Ailee əla idi amma MAMA-da hemişə daha möhtəşəm performanslar olur 



Best Collaboration|SOYOU&JUNGGIGO bu mahnı ilin ən yaxşı düeti idi mencə təbriklər ))

Style in Music|Jung JoonYoung )) Jun Joon Young mükafatı alanda çıxı qəribə idi qışqırdı ancaq )) həyacanlı olduğu üçün elə idi ya gözləmədiyi üçün idi bilmədim ))

Və Winner Epik high birləşmiş perormansı )) YG ailəsinin reperlərinin əla performansı oldu BOBBY MİNHO Bİ EPİK HİGH 


Best Female Group|SISTAR oldu 2ne1 və SNSD kimi qrupların olduğu kateqoriyada SİSTAR olmagi gözlənilməz oldu. səs vermədə açıq fərqlə 2ne1 öndə idi istər albom satışları istərdə musiqi siyahısında yer olmasında amma SİSTAR seçiləsi gözlənilməz idi . nəysə təbriklər ))



Best Male Group|EXO Təbriklər )) Bəziləri SUJU-nun alacağını gözləyiridilər ancaq EXO oldu. EXO-L gücü )) albomları da ən çox satılan albomlardan idi bu il .

International Favorite Artist|John Legend oldu Mükafatı şəxsən Tiffany təqdim edtdi. Mərasimdə John Legend və Tiffani düeti olacağı söylənsədə mahnın əvvəlini daha çox hissəsin EXO Chen və biraz Tiffany oxudu sonra səhnə John Legendə qaldı
Best OST|LYN

Best OST|LYN oldu .Hamımızın sevdiyi drama "You Who come from the star " OST ilə 1-ci oldu ))

MAMA-da xöladığım performanslarda biri  IU-nun performansı idi. Friday mahnısının rep hissəsini Minho səsləndirdi. və sonrakı mahnını canlı orkestrla oxudu.


MAMA 2014 1-ci hissəsi bu çıxılarla bitdi. 2-ci hissəsinin açılışında Koreya prezidentinin video mesajı göstərildi. 2-ci hissədə SİSTAR performan göstərdi və bəyənmədiyim performanslar siyahısındadı. Performansda xüsusi heç nı yox idi musiqi proqramlarındakı kimi idi Touc my body mahnısı və rəqsini heç xoşlamıram. 

Best Vocal Performance Female|Ailee oldu . Təbriklər )))

Best Vocal Performance Male|TAEYANG odu gözləndiyi kimi . Taeyandan başqa kim olacaqdıki )))

MAMA 2014-un məncə ən maraqlı performanslarında biri BTS və BLOKC B performansı idi. MAMA-da koyneyini çırıb tarixə keçən JİMİM :))) ordakı və ekrandan onu izləyən fanlara kalp krizi yaşatdı :D


K-POP FAN'S CHOICE MALE|INFINITE oldu mükafatını performansından sonra səhnədə oldı. Və gecənin ən yaxşı performanslarından idi.



Best Band performance - Cn Blue oldu. MAMA-da istirak etmədiyi üçün mükafatı eyni şirkətdən olan AOA qrupna təqdim oldundu.
The Most Popular Vocalist|və Best Female Artist İU oldu 
Best Male Artist: Taeyang oldu .
Best Asian Artists: Korea (EXO),Vietnam (Ho Quynh Hoang), Thailand (Thaitanium) Indonesia (Raisa), Singapore (JJ Lin), Japan (Ieiri Leo)

MAMA-nin əsas hissəsinin performansını SeoTaij performansı ilə açdı. Koreyada niyə bu qədər sevildityini perforansdan sonra başa düşdüm. Reply 94 dramasına baxanlar onu tanıyacaq. Zico və Vasko ilə birlikdə comeback home performansı əla idi


K-POP Fan's Choice|TTS oldu mükafatı Tiffany aldı mükafat üçün təşəkkür danışığına kameralar tez-tez sevgilisini göstərirdi. ))
► Best Dance Performance – Male Group: INFINITE - “Last Romeo” oldu. Exo  ya da Suju gözləyirdi fanlar :)) təbriklər

 KanS Best Dance Performance Female Group|Girl's Day


MAMA-nin əsas 3 performansında biri olan EXO performansı. Fanlar inciməsin mən də exo -l-em amma bu ilki performanslar sönük idi. Keçən il daha yaxşı idilər. Və Canlı oxumurdular .Rəqs edrəkən canlı oxumaq çətindi bilirəm amma bir çox qrup canlı performans göstərmişdi hələ ən böyük 2 mükafatı alan qrup olaraq canlı oxumalı idilər.

► Best Music Video: 2PM – “Go Crazy” oldu

Best Rap Performance|Epik High oldu


Və gecənin bağlanış perforamsını GDxTAeyang etdi. GD soo repində diss atdı ordakılara ))) MAMA-nin ən yaxşı performansə idi hamını coşdurdular. Taeynag köynəksiz çıxdı səhnəyə BB fanların öyrəsdiyi bir şey ))




 DAESANG – Song of the Year: Taeyang - “Eyes, Nose, Lips” oldu layiq idi :)))

► DAESANG – Album of the Year: EXO – Overdose və DAESANG – Artist of the Year: EXO oldu. EXO mükafat aldıqda bu il keçirdikləri çətinliklərdən sonra daesan almağı gözləmədiklərini dedilər. Təbriklər  EXO :)) 12 üzvü birlikdə almağını görmək istəyərdim keçən ilki həyəcanları yox idi :/

Mükafat alan bütün müğənniləri və fanlarən təbrik edirəm :))