24 Ocak 2015 Cumartesi

Suicide Room-İntihar etmək istəyənlər gəlsin -SALA SAMOBÓJCÓW-

Suicide Room


Bu dəfə sizə baxdığım flimdən yazacam :)) Flim ilk dəfə Facebookda bir dostum videosun paylaşanda görmüşdüm. Videodan flim əyləncəli ya da gənclik sevgi flimi olacağın fikirləşirdim tam tərsi çıxdı. İlk əvvəl flimi tövsiyyə edən dostuma təşəkkürlər )) İlk öncə flim haqqında ümumi məlumatları verim . Flim 2011 Polşa istehsalıdı və Berlin Flim Festivalinda panaroma kateqoriyasında mükafat alıbdı. Rejissor və senario Jon Komasa , aktiyorlar Jakub GierszalRoma Gasiorowska, Agata Kulesza
Flimi izləməzdən əvvəl baxanların rəylərini axumaq xəstəliyim var )) və bu flim haqqında heç br pis rəy yox idi hamı uzun müddət təsirindən çıxmadığını , çox təsirlənən adamlara isə baxmamağı məsləhət görürdülər.


Gördüyün şəxs baş  rolumuz Dominik 
Yazını yazmazdan əvvəl deyim ki, psixologiyanızı alt-üst edə biləcək flimdi. və mütləq izləməlisiniz +18 olduğunu da qeyd etdim
Flim gənclərin yeniyetməlik dövrlərindəki psixologiyasını özlərini tam başa düşmədən qarşısındakı dünyanı başa düşməyə çalışmağındandı
Filmin əvvəlində shakespeare-in sözlərindən çox istifadə edilir :

*"qapalı dünya, açıq yaralar."
*"açıq dünya, qapalı yaralar."
*"sənət ümumilikdə dəlilərin  hərəkətlərini və pisliyini xaricə vurmaq formanı ilə göstərilir"
*"həqiqət, digər qalan hər şey qutardığından sonra qalan şeylərdi."
*"Əslində öz canına qıyan insanları başa düşmürəm  insanın yaşamağa qarşı cəsarəti olmalı, məncə onlar qorxaq. dünyanın öz ətraflarında fırlandığını fikirləşən eqoist yaratıqlardı. sənə verilmiş ən gözəl hədiyyəni necə rədd edə bilərsən ki ?"

Dominik 18 yaşında gəncdi. Atası siyasətçi anası isə iş qadınıdı. Uzaqdan baxanda hər şeyi var. Dostları ilə əylənən normal gənc kimi görsənir . Amma əslində o yalnız biridi içində və üzdə xoşbəxt görsənməyə çalışır. Hər şey məktəb qonaqlığına qədər normal gedirdi. Qonaqlqdan dostları ilə içdikdən sonra söhbətlər başqa yerə gedir. Dostları Dominik və Alexdən öpüşməklərini istəyir. Cəsartələrini göstərmək üçün öpüşürlər və videoları sosial saytlarından birində paylaşılır. Əvvəlcə gələn rəylər Dominik xoşuna gəlir.
Sonra Dominik Gay olması ilə bağlı söylntilər bütün məktəbə yayılır. Əvvəl vecinə almasa da  rəylər çoxladıqca Dominik pis olmağa əsəbləşməyə başayır. sonra o da özündən şübhələnməyə Gay olduğun fikirləşməyə  başlayır.
Amma Alex Dominik narahat etməyə başlaır və net-də onunla bağlı paylaşım edir


Bundan sonra Dominik mktəbdən və ətrafındakı insanlara nifret edir. Otağına qapanır. Birdeən internetdə tanımadığı birində mesaj gəlir " Yaralandım səssizcə ağlıyıram ..."  Dominik də " yaşayıram səssizcə qan ağlıyıram..." yazır

Danışdığı qız Sylwia adlı qızdı. Qız onu özünün qurduğu "İntihar otağı" oyununa dəvət edir. Dominik özünə avtar hazırlayıb oyuna başlayar. 


Oyunda hamının bir məqsədi var ölmək... "Bu dünya ölür , bu dünya bizə layiq deyil , bizim getmək məcburiyyətində olmaq səbəbimiz budur "


Donimik də oyundakı hər kəs kimi öz otagında çıxmayıb yemək yemədən bütün gün oynamağa Sylwia ilə danışmağa başlayır.Sylwia ilə bir-brlərinə  bağlanırlar. Sylwia onun üçün doğru seçim olmaya bilər amma içindəki mən xoşbəxt deyiləmi üzə vurmaq cəsarətini ona verir. Sylwia ona "qorxud onları .Terorist ol , Sən teroristsən " deyir . qısacası intiqamını al . Amma dalaşaraq yox gedib soyuqqanlıqla ayaqdayam deməklə. Dominik ondan aldığı cəsarətlə məktədbə özünə inamla gəzir ( o səhnə başqa idi ) hamın gözünün içinə  baxır və Alex dərsdə ona baxanda Dominikin ona yazığı gələn alçaladan baxışarı ən böyük intiqamı olur

Sylwia ilə daha çox yaxınlaşar 10 gün otağında çölə çıxmaz . Ailəsi nə qədər çalışsa da onu otağıda çıxara bilməz. Sylwia ölmək istəyir o artıq qərarını verib amma Dominik elə deyil ölmək istəsəndə bir tərəfdən istəmir Sylwia ilə görüşmək istəyr amma o otaöında çölə çıxmadığını deyir. Sylwia  yalvaraq ağladığı səhnələr ... baxmağınınz lazımdı


Psixiatrla danışarkən kamerada Sylüyanın üzə baxaraq ona dediyi sözlər :
"Əslində öz canına qıyan insanları başa düşmürəm  insanın yaşamağa qarşı cəsarəti olmalı, məncə onlar qorxaq. dünyanın öz ətraflarında fırlandığını fikirləşən eqoist yaratıqlardı. sənə verilmiş ən gözəl hədiyyəni necə rədd edə bilərsən ki ?"


Bütün bunlar Sylwiaya o desə də Atasının otağından çıxmağına dözməyib net-i kəsməklə otağından çıxır.Amma Sylwianı tapmaq üçün bara gedir Sylwianin intiha yolu ilə intihar edir.



İntihar edərkən öldüyün hiss etdiyi anlar ağlayıb kömək istəməyi. Valideyinlərimi çağırın deməsi təsirli idi . Onda başa düşdü əslində ölmək istəmədiyini .

3 ildi otağından çıxmayan Sylwia Dominikin ölüm xəbəri ilə oatğından çıxır


Gözəl mesajlar verilə flim idi. Flim aktiyorları senarisi ilə möhtəşəm flim idi. Flimdə 24 saat net-in başında oturan insanlar , ana-ata sevgisinsən uzaq qalanları , digərləri tərəfində kənarlaşdırılan insanlar var.  Əslində hamımızın keçdiyi ya da hal-hazırda keçirdiyi yeniyetməlik dövrünsən bəhs edir. Özümüzü tanımağa çalışdığımız nə istədiyimiz bilmədiyim , bütün dünyanı bizə qarşı olduğunu  fikirləşdiyimiz vaxları. Hamımızın içində Dominik kimi biri var və Sylwia  dünyanın aci həqiqətlərin ona deyirdi . Oda mübarizə etməyə çalışırdı. 


''Mən azadam , 
bu duyğunu tövsiyyə edirəm , ehtiyacın olan hər şey onun içindədi..''






Sonda Flmin OST-i


0 yorum:

Yorum Gönder