5 Aralık 2014 Cuma

MAMA [2014 Mnet Asian Music Awards]

MAMA  [2014 Mnet Asian Music Awards]

Bir neçə gün əvvək MAMA 2014 Mükafatlandırma tədbiri baş tutdu. MAMA haqqında onu deyə bilərəm ki Asyanın ən böyük mükafatlandırma mərasimlərindən biridi və həm fanlar həm müğənnilər üçün vacibdi. Mükafatlandırma mərasimi daha maraqlı edən isə performanslardı. Səs vermə sistemi 1 ay müddətində fanlar kateqoriyalar üzrə istədikləri müğənnilərə səs verir bu kateqoriyada qalib gəlmək üçün vacib olsada albom satışları , musiqi verlişlərində birinciliklər , mahnının musiqi siyahılarındakı yeri həm namizəd olmağa həm də qalib olmağa təsir edir.
Keçək MAMA 2014-ə )) bu ilki MAMA fanlar tərəfində çox gözlənilirdi. Çünki performan göstərəcək adlar son günə qədər açıqlanmadı. Təkcə EXO və GDxTaeyang olacağı söylənmişdi .Son günlərdə isə BTS və Block İnfinite və İU açıqlanmışdı. Son gündə isə əfsanəvi müsiqiçi John Legend olacağı və SNSD Tiffany ilə düet olacağı açıqlandı.
Bu MAMA-nın keçən ilk qədər maraqlı olmadığı da söyləndi , performanslar sönük qaldığı və 2ne1-nin heç bir mükafat almaması çaylak ( yeni az tanınmış qruplar ) qruplar daha çox performans göstərdi deyənlərdə oldu deyildi. Mənim fikirimcə də keçən ilk daha möhtəçəm idi və daha güclü adlar səhnə almışdı amma bu ildə maraqlı performanslar oldu və bəzi çaylak qrupların səhnə almasına sevdim bəzilərinə isə yox )))
Mən Qırmızı xalçaya baxa bilmədim ancaq əsas hissəni izlədiyimi üçün onun haqqında fikirlərimi yazacam ))
MAMA 2014 açılışı Dancing 9-nın ( Mnet-də rəqs yarışması verlişi ) rəqs performansı ilə açdı. və sonrasında Hamının gözlədiyi Show ME Money 3-un qalib komandası 

Dok2+BOBBY+The Qquiet və YG-nin yeni Hip hop proyek üçlüsü Dok2 BOBBY Maste WU "come here" performansı ilkde dəfə MAMA-da oldu BoBBy-nin performansı başı bəlalı oldu çünki repi ilə diss atığı söylənildi VİXX Boyfrend və BTS-dən rApmonsterə diss atıdığı söyləntiləri gəzir.


İlk mükafatlandlandırmada  Best New Artist|WINNER oldu və məncə layiq idilər :))

Best Dance Performance Solo|SUNMI oldu düzü mən Rain ya da Hyuna olsun istəyirdim onlara səs vermisdim amma nəysə artıq seçildi )))

Sonrakı performans Ailee & Girls Day performanı idi. Düzünü desəm performansı bəyənmıdim Ailee əla idi amma MAMA-da hemişə daha möhtəşəm performanslar olur 



Best Collaboration|SOYOU&JUNGGIGO bu mahnı ilin ən yaxşı düeti idi mencə təbriklər ))

Style in Music|Jung JoonYoung )) Jun Joon Young mükafatı alanda çıxı qəribə idi qışqırdı ancaq )) həyacanlı olduğu üçün elə idi ya gözləmədiyi üçün idi bilmədim ))

Və Winner Epik high birləşmiş perormansı )) YG ailəsinin reperlərinin əla performansı oldu BOBBY MİNHO Bİ EPİK HİGH 


Best Female Group|SISTAR oldu 2ne1 və SNSD kimi qrupların olduğu kateqoriyada SİSTAR olmagi gözlənilməz oldu. səs vermədə açıq fərqlə 2ne1 öndə idi istər albom satışları istərdə musiqi siyahısında yer olmasında amma SİSTAR seçiləsi gözlənilməz idi . nəysə təbriklər ))



Best Male Group|EXO Təbriklər )) Bəziləri SUJU-nun alacağını gözləyiridilər ancaq EXO oldu. EXO-L gücü )) albomları da ən çox satılan albomlardan idi bu il .

International Favorite Artist|John Legend oldu Mükafatı şəxsən Tiffany təqdim edtdi. Mərasimdə John Legend və Tiffani düeti olacağı söylənsədə mahnın əvvəlini daha çox hissəsin EXO Chen və biraz Tiffany oxudu sonra səhnə John Legendə qaldı
Best OST|LYN

Best OST|LYN oldu .Hamımızın sevdiyi drama "You Who come from the star " OST ilə 1-ci oldu ))

MAMA-da xöladığım performanslarda biri  IU-nun performansı idi. Friday mahnısının rep hissəsini Minho səsləndirdi. və sonrakı mahnını canlı orkestrla oxudu.


MAMA 2014 1-ci hissəsi bu çıxılarla bitdi. 2-ci hissəsinin açılışında Koreya prezidentinin video mesajı göstərildi. 2-ci hissədə SİSTAR performan göstərdi və bəyənmədiyim performanslar siyahısındadı. Performansda xüsusi heç nı yox idi musiqi proqramlarındakı kimi idi Touc my body mahnısı və rəqsini heç xoşlamıram. 

Best Vocal Performance Female|Ailee oldu . Təbriklər )))

Best Vocal Performance Male|TAEYANG odu gözləndiyi kimi . Taeyandan başqa kim olacaqdıki )))

MAMA 2014-un məncə ən maraqlı performanslarında biri BTS və BLOKC B performansı idi. MAMA-da koyneyini çırıb tarixə keçən JİMİM :))) ordakı və ekrandan onu izləyən fanlara kalp krizi yaşatdı :D


K-POP FAN'S CHOICE MALE|INFINITE oldu mükafatını performansından sonra səhnədə oldı. Və gecənin ən yaxşı performanslarından idi.



Best Band performance - Cn Blue oldu. MAMA-da istirak etmədiyi üçün mükafatı eyni şirkətdən olan AOA qrupna təqdim oldundu.
The Most Popular Vocalist|və Best Female Artist İU oldu 
Best Male Artist: Taeyang oldu .
Best Asian Artists: Korea (EXO),Vietnam (Ho Quynh Hoang), Thailand (Thaitanium) Indonesia (Raisa), Singapore (JJ Lin), Japan (Ieiri Leo)

MAMA-nin əsas hissəsinin performansını SeoTaij performansı ilə açdı. Koreyada niyə bu qədər sevildityini perforansdan sonra başa düşdüm. Reply 94 dramasına baxanlar onu tanıyacaq. Zico və Vasko ilə birlikdə comeback home performansı əla idi


K-POP Fan's Choice|TTS oldu mükafatı Tiffany aldı mükafat üçün təşəkkür danışığına kameralar tez-tez sevgilisini göstərirdi. ))
► Best Dance Performance – Male Group: INFINITE - “Last Romeo” oldu. Exo  ya da Suju gözləyirdi fanlar :)) təbriklər

 KanS Best Dance Performance Female Group|Girl's Day


MAMA-nin əsas 3 performansında biri olan EXO performansı. Fanlar inciməsin mən də exo -l-em amma bu ilki performanslar sönük idi. Keçən il daha yaxşı idilər. Və Canlı oxumurdular .Rəqs edrəkən canlı oxumaq çətindi bilirəm amma bir çox qrup canlı performans göstərmişdi hələ ən böyük 2 mükafatı alan qrup olaraq canlı oxumalı idilər.

► Best Music Video: 2PM – “Go Crazy” oldu

Best Rap Performance|Epik High oldu


Və gecənin bağlanış perforamsını GDxTAeyang etdi. GD soo repində diss atdı ordakılara ))) MAMA-nin ən yaxşı performansə idi hamını coşdurdular. Taeynag köynəksiz çıxdı səhnəyə BB fanların öyrəsdiyi bir şey ))




 DAESANG – Song of the Year: Taeyang - “Eyes, Nose, Lips” oldu layiq idi :)))

► DAESANG – Album of the Year: EXO – Overdose və DAESANG – Artist of the Year: EXO oldu. EXO mükafat aldıqda bu il keçirdikləri çətinliklərdən sonra daesan almağı gözləmədiklərini dedilər. Təbriklər  EXO :)) 12 üzvü birlikdə almağını görmək istəyərdim keçən ilki həyəcanları yox idi :/

Mükafat alan bütün müğənniləri və fanlarən təbrik edirəm :))







11 Kasım 2014 Salı

k-pop

Bu ay dinlədiyim  kpop play siyahımı açıqlayıram

^^


   Əslində tez- tez dəyişən mahnı siyahım var amma hər zaman bezmədən qulaq asdığım mahıların adların yazacam. Bu aralar payızın , soyuqlaşan havanın , yağışın təsirində daha çox sakit mahnılar dinləyirəm. P.S şəkildəki GD görüb bütün siyahıda GD mahnıları oduğun fikirləşməyin :)) Düzünü desəm daha çox GD qulaq asıram :)) Fərqli mahnılar yazmağa çalışacam musiqi siyahını yeniləmək istəsəz köməyi olsun .
1. İlk olaraq -Shinee Symptoms Shinee-nin Everbady albomundandı. Çıxış mahısı olmasa da albomdan ilk dəfə bu mahnının bir hissəsi yayımlanmışdı. Live performansları da eladı 
Baxmaq istəsəniz aşağıda :
2.Çoxunuz bildiyi Tablo ft Teayang Tomorrow. Bu mahnı haqında çox yazmağa ehtiyac yoxdu məncə möhtəşəmdi

3. Bu siyahıda GD olmasa olmazdı :) Əslində Gd-nin "Coup de d' etat" albomundakı bütün mahnılar. Əsas Black , Window , R.O.D ,Who you . Crooked
GD-Window


GD-Black



3.Taeyang Rise Albomu. Albomdakı bütün mahnılar əladi. Yəqinki eyes nose lips mahnısını mahnımız əzbəzləmişik :)) Albomun İntrosu belə əladi daha uzun olardı kaş. Albomda ən çox dinlədiyim Eyes nose lips ,stay with me , Love you to death , 1Am , body ( bu arada aşağıdakı mahnıları mən tərcümə edirəm :D )
Taeyang 1AM



Taeang love you to death

Taeyang eyes nose lips


4. B2ST. B2st mənim üçün bəlkə də bütün k-pop mahnılarına qulaq asanlar üçün ballada mahnıların krallarıdı. Yayımladıqları hər mahnı all-kill (yayımlandığı andan bütün musiqi siyahılarına 1-ci olmaq all-kill deyilir) edir. Mahnıların çoxunu Junhyung yazır və ela yazır
Necə deyərlər B2st mahnısına qula asmayan k-pop fanına fan demərəm ( Eyni şey bigbang üçün də keçərlidi :D ) Fictiondan başlayıb axrıncı albomları Time -ə qədər bütün mahnılar mükəmməldi . Ən çox qulaq asdıqlarımı paylaşacam
B2st I'm sorry
No more
12:30
B2st Good luck

Midnight

You will be okay

5. JYJ. Bu aralar daha çox Just one albomundakı mahnılara daha çox qulaq asıram. Albom çox yaxşıdı əlavə olaraq da Kim jae joong solo albomuna . Mahnılara gəlsək Back seat , Letting go  So So , Let me see , dear J , Creation. 
So so
Dear J
Creation
6.Winner. Winner mənim çoxdan gözlədim qrup idi . Yg gec deb ut etdirsə də gözləməyə dəyin. Albomun bütün mahnıları eladı ən çox qulaq asdığım isə Empty , coloring ,Diffirent Dont flirt , Tonight , Minonun solosu I'm him
Empty
Coloring
Diffirent
Tonigth

dont flirt
I'm Him
7. EXO yazmasam olmazdı demək olar bütün mahnıların xoşlayıram amma bəzilərin daha çox :)) 
heart attack , don't go . my lady. angel, peter pan , thunder , moonlight, mirecles decenber. ham;n yazsam ,çox olacaq ^^
Miracles decenber
Moon

baby dont cry
What is love
Angel
Thunder

|Lucky




8. 2ne1 ən xoşladığım qız qrupudu xoşladığım mahnıları çoxdu comeback home 살아 봤으면 해 baby İ miss you
살아 봤으면 해


Baby İ miis you





9. VİXX yeni kəşf elədiyim qruplardandı əç xoşladığım mahnıları Error

10.Taeminin solo albomundan Ace 



Hələ ki bu qədər gələn ay yeni mahnılarla görüşərik :))

6 Kasım 2014 Perşembe

İzlədiklərim

Abnormal Summit 


   Son vaxtlar dramaya baxmaqdan bezmisinizsə sizə maraqlı verliş/talk show məsləhət görürürəm- Abnormal summit. Bu verliş ilk çıxan vaxtlarda youtube-də videoların görmüşdüm maraqlı gəlmişdi tərcüməsiz baxırdım amma indi turk sayları da tərcümə edirlər rahat tərcümə ilə baxa bilərsiz. İndi sizə verliş haqqında  geniş məlumat verəcəm :)

    Verlişin Koreyaca adı  비정상회담, ingiliscə Abnormal Summit kimi tərcümə olunur. Azərbaycanca anormal zirvə/iclas kimi tərcümə olunur. Adinin niyə belə olduğunu verlişin ilk bölümündən anlayacaqsız. Verlişdə 11 ölkədən təmsilçilər var. Ölkələr : Türkiyə , ABŞ , Kanada ,İtalya , Fransa , Qana , Belçika ,Çin , Yaponiya , Avstralya , Böyük Birtaniya (verlişin yarısında başqa ölkəyə oxumağa getdiyi üçün yerinə Almaniya təmsilçisi gəldi) / Almaniya. Verlişin 3 aparıcısı (Jun Hyunmoo, Yoo Seyoon və Sung Shikyung- əgər Koreya verlişlərinə baxırsınızsa tanıyırsız ) və hər bölüm qonaq olaraq gələn Koreya təmsilçiləri var.
   Verlişdə hər dəfə 11 təmsilçi bütün dünya gənclərini maraqlandıran mövzulardan danışırlar amma rəsmi yox əyləncəli şəkildə hər kəs öz ölkəsinə və şəxsi fikirlərinə uyğun danışır. Mövzular qonaq olaraq gələn Koreyalıı məhşurlar öz həyatları ilə bağlı qoyurlan bu müzakirələr çox əyləncəlidi. Baxarkən həm gülüb həm başqa ölkələr haqqında bilmədiyiniz şeyləri öyrənə bilərsiz . Gülüş 100%-di :))

  İndi sizə verlişdə olan təmsilçilər haqqında məlumat verəcəm. təmsilçilərin hamısı model aktiyor kimi yaraşıqlıdı və çox fərqlidilər. Bu da müzakirələrin maraqlı olmasına səbəb olur


1. Enes Kaya / Türkiyə

İlk olaraq Enes Kayadan başlamaq istəyirəm. Enes Türkiyə təmsilçisidi verlişin əsaslarından biridi və verlişdə mübahisələrin çıxmasına səbəb olandı. Çox yaxşı Koreyaca bilir uzun müddətdi Koreyada yaşayır və orda tanınan biridi. Verlişdə atalar sözü deməklə məhşurdu. Həmişə hər mövzuya uygun atalar sözü deyir. Çox mühavizəkar olmağı ilə bilinir ona görə də  digərləri ilə fikirləri tərs düşür. Amma hazir cavab olduğu  üçün çoxu onda çəkinir.

2. Julian /Belçika

2-ci təmsilçimiz Julian. Belçikalıdı və Koreyada yaşayır. Verlişdə önə çıxanlardan biridir. Enesin tamamilə əksidi .Demək olar hər mövzuda mubahisə edirlər . Səbəbi fəqrli ölkə fərqli adətlərdi. Julian çox danişması ilə məhşurdu birdə çox tez ağlayan biridi ailə ilə ana və ata ilə bağlı söhbətlərdə çox təsirlənir. Birdə ölkəsini təbliğ etməyə çalşsa da  alınmır hamı Belçikada nə var soruşanda vaflində başq bir şey deyə bilmir :)) Verlişdə ləqəbi ördəkdi fanlar həmişə ona sari ördək oyuncaqlar göndərir. Verlişdə həm əsələşib həm xoşlayacağınız üzvdü.
3. Robin /Fransa

Fransanın yaraşıqlı təmsilçisi Robin :) Model kimi görünən şirin üzv. Çox təriflədim deyəsən :)) Robin verlişdəki sakit üzvlərdən biridi. Fikirlərini digərlərinin xətrinə dəymədən ən yaxşı şəkildə deyən biridi. Qısaca yaxşı biridi xoşunuza gələcək verlişdə.

3.Daniel /Avstralya

Bad boy kimi görünsə də əsalində yaxşı biri olan Avstralyalı Daniel. Abnormal summitin yaşda ən balacası olan Daniel ilk bölümlərdən fikirləri ilə xoşunuza gəlməyə bilər amma sonra bəyənəcəksiz. Demək olar ki bütün bədəni döymə var buna görə Koreyaya ilk dəfə gələndə çətinlik çəkdiyini deyir. Hamı görünüşünə görə pis biri olduğunu fikirləşsədə tanidıqca elə omadığını görəcəksiz. Koreyacası o qədər də yaxşı olmadığı üçün çox yavaş danışır. Eneslə mübahisələri çox olur. İlk bölümdə 12 yaşında (səhv eləmirəmsə ) evdən gedib tək yaşamağa başladığını deyəndə hamını təəccübləndirmişdi. Məktəbdən zəhləsi gedir və oxumağın vacib olmadığını fikirləşir. Koreyada model kimi fəaliyyət göstərir. Amma verlişin indik bölülərində olmayacaq 2 aylıq ölkəsinə qayıtmağa məcbur oldu. viza ilə bağlı problemlərə görə çıxmalı oldu.

Alberto/İtalya

İtalya təmsilçisi Alberto. Daşıqları ilə Azərbaycanlılarla İtalyanların oxşar olduğunu fikirləşməyimə səbəb olan biri :) Sevdiyi Koreyalı qıza görə Koreyaya gəlib yaşamağa başlayıb və onunla evlənib. Koreyada maşın satışı ilə məşğuıdu verlişdə də maşınların satmağa çalışır. Sayəsində İtalyanların çapkın olduğunu öyrəndim.  "biz gözəl qızlara sənət əsəri kimi baxarıq " " gələcəkdə uşaqlarım üçün analarını sevən ata olmaq istəyərəm " kimi qəşəng cümlələr deyən adam.  Verlişdə əslində hər şeyin - şərabın geyin markalarının piyvənin yaxşısı İtalyadadı amma marketingimiz yaxşı olmadığı üçün başqa ölkələrin ki məhşurdu deyir. Görünüşünə baxanda futboolçüyada oxşadıram :))
James/ Böyük Britaniya

Böyük Britaniya təmsilçisi James. British aksanı ilə ingilis dilini sevməyimə səbəb olan adam. Koreyaca danişanda qəribə danişır dediyinə görə Koreya dilini qadın müəllimdən öyrəndiyi üçün incə danışmağa öyrəsib amma ingiliscə danışanda fərqli biri olur. James digərlərindən fərqlədirən cəhət rekordlar kitabında adı var. Everestə çıxan ən gənc adam olaraq bilinir. Google Jame Hooper yazsanız haqqında öyrənə bilərsiz yada verlişdə hekayəsini öyrənə bilərsiz. Amma t verlişdə çox qala bilmədi oxumaq üçün Avstralyay getdi onun yerinı Almaniya təmsilçisi gəldi.
Samuel ya da qısaca Sam / Qana


Qana təmsilçisi Sam Koreyada təqaüd proqrami ilə oxuyur Ən böyük arzusu Qananin prezidenti olmaq və Qananın da Koreya kimi inkişaf etmiş ölkə kimi görməkdi. Sam verlişdə əyləncəli üzvlərindən biridi Eneslə həm araları yaxşıdı həm də mübahis edirlər. Heç kimə axıra kimi qulaq asmayıb söhbətə girir həmişə. Çox vaxt da başa düşmür. Başa düşməyəndə məhşur sözü olan "moon marimnikka ?" deyir koreyaca nə demək?di. Əsəbləsəndə Koreyacası uşaq danışığı kimi olur. Çox danışan və zarafat edən biridi.
Tyler. ABŞ
Amerikalı kimi görsənməyən təmsilçi Tyler. Tyler Amerikada çox məhşur universtet məzunudu. indi Koreyada oxuyur. Verlişdə ləqəbi kitab qurdudu. Çox kitab oxuduyur . Koreyaca çoxlu kitab oxuduğu üçün çətin sözlərlə danışır bəzən Koreyalılarda başa düşmür. Danışıq dilini yaxşı bilmədiyini deyir. Çox ağıllı hər mövzu , tarixi hadisələr haqqında bilir.


Guillaume Patry/Kanada
Kanada təmsiçisi Guillaume Patry Koreyada məhşur biri çünki kompyuter oyununda qalib olub ( oyunun adı yaddımda deyil məhşur oyundu dünayda bunun yarişları keçirlir Guillaime də o yarişda Koreyalıya qalib gəlib). Adi koreyaca kiyomi kimi tələffüz olduğu üçün ləqəbi kiyomi qalıb.

Zhang Yuan/ Çin
Çin təmsilçisi Zhang Yuan Koreyada sevilən üzvlərdəndi. Görünüşü Çinli iş adamlarına oxşayır. Verlişdə mübahislərdə məntiqli danışsa da çox miliyyətçidi. Çinin hamıdan yaxşı olduğunu  fikirləşir. Çini təriflədiyi zaman çıxan mübahislər çox əyləncəli olur.
Takuya/Yaponya
Yaponya təmsilçisi Takuya Koreyad İdol qrup Cross Gene qrupunun üzvüdü. Yaraşıqlı idol təmsilçi verlişdə çox danışmasada diqqət çəkən üzvlərdəndə. Məncə danişmama səbəbi idol olduğu üçündu məlum səhv başa düşülmək istəməz.

Daniel / Almaniya
Verlişə yeni qatılan Almaniya təmsiıçisi Daniel. Danişıq qabiliyyəti yaxşı olan biridi danışıqların bəyəndiyim üzvlərdəndi. Üzv mimikaları da əyləncəlidi.

Verlişin əyləncəli aparıcıları
Verlişdən bəzi şəkillər paylaşacam türkçə yazılarlar var







Abnormal summitin 3 təmsilçsi Daniel Julian Robinin verliş haqqında mahnısı


Abnormal summit mənim bəyənərək izlədiyim verlişlərdəndi. İzləyərkən həm əylənib həm də digər ölkələr haqqında bilmədiklərimi öyrənirəm. Maraqlı gəldisə siz də baxın :