6 Kasım 2014 Perşembe

İzlədiklərim

Abnormal Summit 


   Son vaxtlar dramaya baxmaqdan bezmisinizsə sizə maraqlı verliş/talk show məsləhət görürürəm- Abnormal summit. Bu verliş ilk çıxan vaxtlarda youtube-də videoların görmüşdüm maraqlı gəlmişdi tərcüməsiz baxırdım amma indi turk sayları da tərcümə edirlər rahat tərcümə ilə baxa bilərsiz. İndi sizə verliş haqqında  geniş məlumat verəcəm :)

    Verlişin Koreyaca adı  비정상회담, ingiliscə Abnormal Summit kimi tərcümə olunur. Azərbaycanca anormal zirvə/iclas kimi tərcümə olunur. Adinin niyə belə olduğunu verlişin ilk bölümündən anlayacaqsız. Verlişdə 11 ölkədən təmsilçilər var. Ölkələr : Türkiyə , ABŞ , Kanada ,İtalya , Fransa , Qana , Belçika ,Çin , Yaponiya , Avstralya , Böyük Birtaniya (verlişin yarısında başqa ölkəyə oxumağa getdiyi üçün yerinə Almaniya təmsilçisi gəldi) / Almaniya. Verlişin 3 aparıcısı (Jun Hyunmoo, Yoo Seyoon və Sung Shikyung- əgər Koreya verlişlərinə baxırsınızsa tanıyırsız ) və hər bölüm qonaq olaraq gələn Koreya təmsilçiləri var.
   Verlişdə hər dəfə 11 təmsilçi bütün dünya gənclərini maraqlandıran mövzulardan danışırlar amma rəsmi yox əyləncəli şəkildə hər kəs öz ölkəsinə və şəxsi fikirlərinə uyğun danışır. Mövzular qonaq olaraq gələn Koreyalıı məhşurlar öz həyatları ilə bağlı qoyurlan bu müzakirələr çox əyləncəlidi. Baxarkən həm gülüb həm başqa ölkələr haqqında bilmədiyiniz şeyləri öyrənə bilərsiz . Gülüş 100%-di :))

  İndi sizə verlişdə olan təmsilçilər haqqında məlumat verəcəm. təmsilçilərin hamısı model aktiyor kimi yaraşıqlıdı və çox fərqlidilər. Bu da müzakirələrin maraqlı olmasına səbəb olur


1. Enes Kaya / Türkiyə

İlk olaraq Enes Kayadan başlamaq istəyirəm. Enes Türkiyə təmsilçisidi verlişin əsaslarından biridi və verlişdə mübahisələrin çıxmasına səbəb olandı. Çox yaxşı Koreyaca bilir uzun müddətdi Koreyada yaşayır və orda tanınan biridi. Verlişdə atalar sözü deməklə məhşurdu. Həmişə hər mövzuya uygun atalar sözü deyir. Çox mühavizəkar olmağı ilə bilinir ona görə də  digərləri ilə fikirləri tərs düşür. Amma hazir cavab olduğu  üçün çoxu onda çəkinir.

2. Julian /Belçika

2-ci təmsilçimiz Julian. Belçikalıdı və Koreyada yaşayır. Verlişdə önə çıxanlardan biridir. Enesin tamamilə əksidi .Demək olar hər mövzuda mubahisə edirlər . Səbəbi fəqrli ölkə fərqli adətlərdi. Julian çox danişması ilə məhşurdu birdə çox tez ağlayan biridi ailə ilə ana və ata ilə bağlı söhbətlərdə çox təsirlənir. Birdə ölkəsini təbliğ etməyə çalşsa da  alınmır hamı Belçikada nə var soruşanda vaflində başq bir şey deyə bilmir :)) Verlişdə ləqəbi ördəkdi fanlar həmişə ona sari ördək oyuncaqlar göndərir. Verlişdə həm əsələşib həm xoşlayacağınız üzvdü.
3. Robin /Fransa

Fransanın yaraşıqlı təmsilçisi Robin :) Model kimi görünən şirin üzv. Çox təriflədim deyəsən :)) Robin verlişdəki sakit üzvlərdən biridi. Fikirlərini digərlərinin xətrinə dəymədən ən yaxşı şəkildə deyən biridi. Qısaca yaxşı biridi xoşunuza gələcək verlişdə.

3.Daniel /Avstralya

Bad boy kimi görünsə də əsalində yaxşı biri olan Avstralyalı Daniel. Abnormal summitin yaşda ən balacası olan Daniel ilk bölümlərdən fikirləri ilə xoşunuza gəlməyə bilər amma sonra bəyənəcəksiz. Demək olar ki bütün bədəni döymə var buna görə Koreyaya ilk dəfə gələndə çətinlik çəkdiyini deyir. Hamı görünüşünə görə pis biri olduğunu fikirləşsədə tanidıqca elə omadığını görəcəksiz. Koreyacası o qədər də yaxşı olmadığı üçün çox yavaş danışır. Eneslə mübahisələri çox olur. İlk bölümdə 12 yaşında (səhv eləmirəmsə ) evdən gedib tək yaşamağa başladığını deyəndə hamını təəccübləndirmişdi. Məktəbdən zəhləsi gedir və oxumağın vacib olmadığını fikirləşir. Koreyada model kimi fəaliyyət göstərir. Amma verlişin indik bölülərində olmayacaq 2 aylıq ölkəsinə qayıtmağa məcbur oldu. viza ilə bağlı problemlərə görə çıxmalı oldu.

Alberto/İtalya

İtalya təmsilçisi Alberto. Daşıqları ilə Azərbaycanlılarla İtalyanların oxşar olduğunu fikirləşməyimə səbəb olan biri :) Sevdiyi Koreyalı qıza görə Koreyaya gəlib yaşamağa başlayıb və onunla evlənib. Koreyada maşın satışı ilə məşğuıdu verlişdə də maşınların satmağa çalışır. Sayəsində İtalyanların çapkın olduğunu öyrəndim.  "biz gözəl qızlara sənət əsəri kimi baxarıq " " gələcəkdə uşaqlarım üçün analarını sevən ata olmaq istəyərəm " kimi qəşəng cümlələr deyən adam.  Verlişdə əslində hər şeyin - şərabın geyin markalarının piyvənin yaxşısı İtalyadadı amma marketingimiz yaxşı olmadığı üçün başqa ölkələrin ki məhşurdu deyir. Görünüşünə baxanda futboolçüyada oxşadıram :))
James/ Böyük Britaniya

Böyük Britaniya təmsilçisi James. British aksanı ilə ingilis dilini sevməyimə səbəb olan adam. Koreyaca danişanda qəribə danişır dediyinə görə Koreya dilini qadın müəllimdən öyrəndiyi üçün incə danışmağa öyrəsib amma ingiliscə danışanda fərqli biri olur. James digərlərindən fərqlədirən cəhət rekordlar kitabında adı var. Everestə çıxan ən gənc adam olaraq bilinir. Google Jame Hooper yazsanız haqqında öyrənə bilərsiz yada verlişdə hekayəsini öyrənə bilərsiz. Amma t verlişdə çox qala bilmədi oxumaq üçün Avstralyay getdi onun yerinı Almaniya təmsilçisi gəldi.
Samuel ya da qısaca Sam / Qana


Qana təmsilçisi Sam Koreyada təqaüd proqrami ilə oxuyur Ən böyük arzusu Qananin prezidenti olmaq və Qananın da Koreya kimi inkişaf etmiş ölkə kimi görməkdi. Sam verlişdə əyləncəli üzvlərindən biridi Eneslə həm araları yaxşıdı həm də mübahis edirlər. Heç kimə axıra kimi qulaq asmayıb söhbətə girir həmişə. Çox vaxt da başa düşmür. Başa düşməyəndə məhşur sözü olan "moon marimnikka ?" deyir koreyaca nə demək?di. Əsəbləsəndə Koreyacası uşaq danışığı kimi olur. Çox danışan və zarafat edən biridi.
Tyler. ABŞ
Amerikalı kimi görsənməyən təmsilçi Tyler. Tyler Amerikada çox məhşur universtet məzunudu. indi Koreyada oxuyur. Verlişdə ləqəbi kitab qurdudu. Çox kitab oxuduyur . Koreyaca çoxlu kitab oxuduğu üçün çətin sözlərlə danışır bəzən Koreyalılarda başa düşmür. Danışıq dilini yaxşı bilmədiyini deyir. Çox ağıllı hər mövzu , tarixi hadisələr haqqında bilir.


Guillaume Patry/Kanada
Kanada təmsiçisi Guillaume Patry Koreyada məhşur biri çünki kompyuter oyununda qalib olub ( oyunun adı yaddımda deyil məhşur oyundu dünayda bunun yarişları keçirlir Guillaime də o yarişda Koreyalıya qalib gəlib). Adi koreyaca kiyomi kimi tələffüz olduğu üçün ləqəbi kiyomi qalıb.

Zhang Yuan/ Çin
Çin təmsilçisi Zhang Yuan Koreyada sevilən üzvlərdəndi. Görünüşü Çinli iş adamlarına oxşayır. Verlişdə mübahislərdə məntiqli danışsa da çox miliyyətçidi. Çinin hamıdan yaxşı olduğunu  fikirləşir. Çini təriflədiyi zaman çıxan mübahislər çox əyləncəli olur.
Takuya/Yaponya
Yaponya təmsilçisi Takuya Koreyad İdol qrup Cross Gene qrupunun üzvüdü. Yaraşıqlı idol təmsilçi verlişdə çox danışmasada diqqət çəkən üzvlərdəndə. Məncə danişmama səbəbi idol olduğu üçündu məlum səhv başa düşülmək istəməz.

Daniel / Almaniya
Verlişə yeni qatılan Almaniya təmsiıçisi Daniel. Danişıq qabiliyyəti yaxşı olan biridi danışıqların bəyəndiyim üzvlərdəndi. Üzv mimikaları da əyləncəlidi.

Verlişin əyləncəli aparıcıları
Verlişdən bəzi şəkillər paylaşacam türkçə yazılarlar var







Abnormal summitin 3 təmsilçsi Daniel Julian Robinin verliş haqqında mahnısı


Abnormal summit mənim bəyənərək izlədiyim verlişlərdəndi. İzləyərkən həm əylənib həm də digər ölkələr haqqında bilmədiklərimi öyrənirəm. Maraqlı gəldisə siz də baxın :

0 yorum:

Yorum Gönder