11 Kasım 2014 Salı

k-pop

Bu ay dinlədiyim  kpop play siyahımı açıqlayıram

^^


   Əslində tez- tez dəyişən mahnı siyahım var amma hər zaman bezmədən qulaq asdığım mahıların adların yazacam. Bu aralar payızın , soyuqlaşan havanın , yağışın təsirində daha çox sakit mahnılar dinləyirəm. P.S şəkildəki GD görüb bütün siyahıda GD mahnıları oduğun fikirləşməyin :)) Düzünü desəm daha çox GD qulaq asıram :)) Fərqli mahnılar yazmağa çalışacam musiqi siyahını yeniləmək istəsəz köməyi olsun .
1. İlk olaraq -Shinee Symptoms Shinee-nin Everbady albomundandı. Çıxış mahısı olmasa da albomdan ilk dəfə bu mahnının bir hissəsi yayımlanmışdı. Live performansları da eladı 
Baxmaq istəsəniz aşağıda :
2.Çoxunuz bildiyi Tablo ft Teayang Tomorrow. Bu mahnı haqında çox yazmağa ehtiyac yoxdu məncə möhtəşəmdi

3. Bu siyahıda GD olmasa olmazdı :) Əslində Gd-nin "Coup de d' etat" albomundakı bütün mahnılar. Əsas Black , Window , R.O.D ,Who you . Crooked
GD-Window


GD-Black



3.Taeyang Rise Albomu. Albomdakı bütün mahnılar əladi. Yəqinki eyes nose lips mahnısını mahnımız əzbəzləmişik :)) Albomun İntrosu belə əladi daha uzun olardı kaş. Albomda ən çox dinlədiyim Eyes nose lips ,stay with me , Love you to death , 1Am , body ( bu arada aşağıdakı mahnıları mən tərcümə edirəm :D )
Taeyang 1AM



Taeang love you to death

Taeyang eyes nose lips


4. B2ST. B2st mənim üçün bəlkə də bütün k-pop mahnılarına qulaq asanlar üçün ballada mahnıların krallarıdı. Yayımladıqları hər mahnı all-kill (yayımlandığı andan bütün musiqi siyahılarına 1-ci olmaq all-kill deyilir) edir. Mahnıların çoxunu Junhyung yazır və ela yazır
Necə deyərlər B2st mahnısına qula asmayan k-pop fanına fan demərəm ( Eyni şey bigbang üçün də keçərlidi :D ) Fictiondan başlayıb axrıncı albomları Time -ə qədər bütün mahnılar mükəmməldi . Ən çox qulaq asdıqlarımı paylaşacam
B2st I'm sorry
No more
12:30
B2st Good luck

Midnight

You will be okay

5. JYJ. Bu aralar daha çox Just one albomundakı mahnılara daha çox qulaq asıram. Albom çox yaxşıdı əlavə olaraq da Kim jae joong solo albomuna . Mahnılara gəlsək Back seat , Letting go  So So , Let me see , dear J , Creation. 
So so
Dear J
Creation
6.Winner. Winner mənim çoxdan gözlədim qrup idi . Yg gec deb ut etdirsə də gözləməyə dəyin. Albomun bütün mahnıları eladı ən çox qulaq asdığım isə Empty , coloring ,Diffirent Dont flirt , Tonight , Minonun solosu I'm him
Empty
Coloring
Diffirent
Tonigth

dont flirt
I'm Him
7. EXO yazmasam olmazdı demək olar bütün mahnıların xoşlayıram amma bəzilərin daha çox :)) 
heart attack , don't go . my lady. angel, peter pan , thunder , moonlight, mirecles decenber. ham;n yazsam ,çox olacaq ^^
Miracles decenber
Moon

baby dont cry
What is love
Angel
Thunder

|Lucky




8. 2ne1 ən xoşladığım qız qrupudu xoşladığım mahnıları çoxdu comeback home 살아 봤으면 해 baby İ miss you
살아 봤으면 해


Baby İ miis you





9. VİXX yeni kəşf elədiyim qruplardandı əç xoşladığım mahnıları Error

10.Taeminin solo albomundan Ace 



Hələ ki bu qədər gələn ay yeni mahnılarla görüşərik :))

6 Kasım 2014 Perşembe

İzlədiklərim

Abnormal Summit 


   Son vaxtlar dramaya baxmaqdan bezmisinizsə sizə maraqlı verliş/talk show məsləhət görürürəm- Abnormal summit. Bu verliş ilk çıxan vaxtlarda youtube-də videoların görmüşdüm maraqlı gəlmişdi tərcüməsiz baxırdım amma indi turk sayları da tərcümə edirlər rahat tərcümə ilə baxa bilərsiz. İndi sizə verliş haqqında  geniş məlumat verəcəm :)

    Verlişin Koreyaca adı  비정상회담, ingiliscə Abnormal Summit kimi tərcümə olunur. Azərbaycanca anormal zirvə/iclas kimi tərcümə olunur. Adinin niyə belə olduğunu verlişin ilk bölümündən anlayacaqsız. Verlişdə 11 ölkədən təmsilçilər var. Ölkələr : Türkiyə , ABŞ , Kanada ,İtalya , Fransa , Qana , Belçika ,Çin , Yaponiya , Avstralya , Böyük Birtaniya (verlişin yarısında başqa ölkəyə oxumağa getdiyi üçün yerinə Almaniya təmsilçisi gəldi) / Almaniya. Verlişin 3 aparıcısı (Jun Hyunmoo, Yoo Seyoon və Sung Shikyung- əgər Koreya verlişlərinə baxırsınızsa tanıyırsız ) və hər bölüm qonaq olaraq gələn Koreya təmsilçiləri var.
   Verlişdə hər dəfə 11 təmsilçi bütün dünya gənclərini maraqlandıran mövzulardan danışırlar amma rəsmi yox əyləncəli şəkildə hər kəs öz ölkəsinə və şəxsi fikirlərinə uyğun danışır. Mövzular qonaq olaraq gələn Koreyalıı məhşurlar öz həyatları ilə bağlı qoyurlan bu müzakirələr çox əyləncəlidi. Baxarkən həm gülüb həm başqa ölkələr haqqında bilmədiyiniz şeyləri öyrənə bilərsiz . Gülüş 100%-di :))

  İndi sizə verlişdə olan təmsilçilər haqqında məlumat verəcəm. təmsilçilərin hamısı model aktiyor kimi yaraşıqlıdı və çox fərqlidilər. Bu da müzakirələrin maraqlı olmasına səbəb olur


1. Enes Kaya / Türkiyə

İlk olaraq Enes Kayadan başlamaq istəyirəm. Enes Türkiyə təmsilçisidi verlişin əsaslarından biridi və verlişdə mübahisələrin çıxmasına səbəb olandı. Çox yaxşı Koreyaca bilir uzun müddətdi Koreyada yaşayır və orda tanınan biridi. Verlişdə atalar sözü deməklə məhşurdu. Həmişə hər mövzuya uygun atalar sözü deyir. Çox mühavizəkar olmağı ilə bilinir ona görə də  digərləri ilə fikirləri tərs düşür. Amma hazir cavab olduğu  üçün çoxu onda çəkinir.

2. Julian /Belçika

2-ci təmsilçimiz Julian. Belçikalıdı və Koreyada yaşayır. Verlişdə önə çıxanlardan biridir. Enesin tamamilə əksidi .Demək olar hər mövzuda mubahisə edirlər . Səbəbi fəqrli ölkə fərqli adətlərdi. Julian çox danişması ilə məhşurdu birdə çox tez ağlayan biridi ailə ilə ana və ata ilə bağlı söhbətlərdə çox təsirlənir. Birdə ölkəsini təbliğ etməyə çalşsa da  alınmır hamı Belçikada nə var soruşanda vaflində başq bir şey deyə bilmir :)) Verlişdə ləqəbi ördəkdi fanlar həmişə ona sari ördək oyuncaqlar göndərir. Verlişdə həm əsələşib həm xoşlayacağınız üzvdü.
3. Robin /Fransa

Fransanın yaraşıqlı təmsilçisi Robin :) Model kimi görünən şirin üzv. Çox təriflədim deyəsən :)) Robin verlişdəki sakit üzvlərdən biridi. Fikirlərini digərlərinin xətrinə dəymədən ən yaxşı şəkildə deyən biridi. Qısaca yaxşı biridi xoşunuza gələcək verlişdə.

3.Daniel /Avstralya

Bad boy kimi görünsə də əsalində yaxşı biri olan Avstralyalı Daniel. Abnormal summitin yaşda ən balacası olan Daniel ilk bölümlərdən fikirləri ilə xoşunuza gəlməyə bilər amma sonra bəyənəcəksiz. Demək olar ki bütün bədəni döymə var buna görə Koreyaya ilk dəfə gələndə çətinlik çəkdiyini deyir. Hamı görünüşünə görə pis biri olduğunu fikirləşsədə tanidıqca elə omadığını görəcəksiz. Koreyacası o qədər də yaxşı olmadığı üçün çox yavaş danışır. Eneslə mübahisələri çox olur. İlk bölümdə 12 yaşında (səhv eləmirəmsə ) evdən gedib tək yaşamağa başladığını deyəndə hamını təəccübləndirmişdi. Məktəbdən zəhləsi gedir və oxumağın vacib olmadığını fikirləşir. Koreyada model kimi fəaliyyət göstərir. Amma verlişin indik bölülərində olmayacaq 2 aylıq ölkəsinə qayıtmağa məcbur oldu. viza ilə bağlı problemlərə görə çıxmalı oldu.

Alberto/İtalya

İtalya təmsilçisi Alberto. Daşıqları ilə Azərbaycanlılarla İtalyanların oxşar olduğunu fikirləşməyimə səbəb olan biri :) Sevdiyi Koreyalı qıza görə Koreyaya gəlib yaşamağa başlayıb və onunla evlənib. Koreyada maşın satışı ilə məşğuıdu verlişdə də maşınların satmağa çalışır. Sayəsində İtalyanların çapkın olduğunu öyrəndim.  "biz gözəl qızlara sənət əsəri kimi baxarıq " " gələcəkdə uşaqlarım üçün analarını sevən ata olmaq istəyərəm " kimi qəşəng cümlələr deyən adam.  Verlişdə əslində hər şeyin - şərabın geyin markalarının piyvənin yaxşısı İtalyadadı amma marketingimiz yaxşı olmadığı üçün başqa ölkələrin ki məhşurdu deyir. Görünüşünə baxanda futboolçüyada oxşadıram :))
James/ Böyük Britaniya

Böyük Britaniya təmsilçisi James. British aksanı ilə ingilis dilini sevməyimə səbəb olan adam. Koreyaca danişanda qəribə danişır dediyinə görə Koreya dilini qadın müəllimdən öyrəndiyi üçün incə danışmağa öyrəsib amma ingiliscə danışanda fərqli biri olur. James digərlərindən fərqlədirən cəhət rekordlar kitabında adı var. Everestə çıxan ən gənc adam olaraq bilinir. Google Jame Hooper yazsanız haqqında öyrənə bilərsiz yada verlişdə hekayəsini öyrənə bilərsiz. Amma t verlişdə çox qala bilmədi oxumaq üçün Avstralyay getdi onun yerinı Almaniya təmsilçisi gəldi.
Samuel ya da qısaca Sam / Qana


Qana təmsilçisi Sam Koreyada təqaüd proqrami ilə oxuyur Ən böyük arzusu Qananin prezidenti olmaq və Qananın da Koreya kimi inkişaf etmiş ölkə kimi görməkdi. Sam verlişdə əyləncəli üzvlərindən biridi Eneslə həm araları yaxşıdı həm də mübahis edirlər. Heç kimə axıra kimi qulaq asmayıb söhbətə girir həmişə. Çox vaxt da başa düşmür. Başa düşməyəndə məhşur sözü olan "moon marimnikka ?" deyir koreyaca nə demək?di. Əsəbləsəndə Koreyacası uşaq danışığı kimi olur. Çox danışan və zarafat edən biridi.
Tyler. ABŞ
Amerikalı kimi görsənməyən təmsilçi Tyler. Tyler Amerikada çox məhşur universtet məzunudu. indi Koreyada oxuyur. Verlişdə ləqəbi kitab qurdudu. Çox kitab oxuduyur . Koreyaca çoxlu kitab oxuduğu üçün çətin sözlərlə danışır bəzən Koreyalılarda başa düşmür. Danışıq dilini yaxşı bilmədiyini deyir. Çox ağıllı hər mövzu , tarixi hadisələr haqqında bilir.


Guillaume Patry/Kanada
Kanada təmsiçisi Guillaume Patry Koreyada məhşur biri çünki kompyuter oyununda qalib olub ( oyunun adı yaddımda deyil məhşur oyundu dünayda bunun yarişları keçirlir Guillaime də o yarişda Koreyalıya qalib gəlib). Adi koreyaca kiyomi kimi tələffüz olduğu üçün ləqəbi kiyomi qalıb.

Zhang Yuan/ Çin
Çin təmsilçisi Zhang Yuan Koreyada sevilən üzvlərdəndi. Görünüşü Çinli iş adamlarına oxşayır. Verlişdə mübahislərdə məntiqli danışsa da çox miliyyətçidi. Çinin hamıdan yaxşı olduğunu  fikirləşir. Çini təriflədiyi zaman çıxan mübahislər çox əyləncəli olur.
Takuya/Yaponya
Yaponya təmsilçisi Takuya Koreyad İdol qrup Cross Gene qrupunun üzvüdü. Yaraşıqlı idol təmsilçi verlişdə çox danışmasada diqqət çəkən üzvlərdəndə. Məncə danişmama səbəbi idol olduğu üçündu məlum səhv başa düşülmək istəməz.

Daniel / Almaniya
Verlişə yeni qatılan Almaniya təmsiıçisi Daniel. Danişıq qabiliyyəti yaxşı olan biridi danışıqların bəyəndiyim üzvlərdəndi. Üzv mimikaları da əyləncəlidi.

Verlişin əyləncəli aparıcıları
Verlişdən bəzi şəkillər paylaşacam türkçə yazılarlar var







Abnormal summitin 3 təmsilçsi Daniel Julian Robinin verliş haqqında mahnısı


Abnormal summit mənim bəyənərək izlədiyim verlişlərdəndi. İzləyərkən həm əylənib həm də digər ölkələr haqqında bilmədiklərimi öyrənirəm. Maraqlı gəldisə siz də baxın :

2 Kasım 2014 Pazar

K-drama

Misaeng/ 2014



Adı: Misaeng - Incomplete Life 미생 -아직 살아 있지 못한 자Növü: Dram, RomantikRejissor: Kim Won-SukSenarist: Yoon Tae-Ho (orjinal comic), Jung Yoon-JungYayımlayan kanal: tvNBölüm Sayı: ili: 2014Yayım Tarixi: oktiyabr 2014Ölkə : Cənubi Koreya

Aktiyorlar
 Im Siwan - Jang Geu Rae

Kang Sora - An Young Yi
Kang Haneul - Jang Baek Ki
Lee Sungmin -  Oh Sang-Sik
Byun Yo-Han / Han Suk-Yool
Kim Dae-Myung /  Dong-Sik
Shin Eun-Jung / Sun































Dramanın mövzusu drama ilə eyni adda olan "Misaeng" webcomic-dən götürülüb. Jang Geu Rae uşaqlığından milli Koreya oyunu olan GO oyunu oynuyan biridir. Çox ağıllı və yaxşı oynamağına baxmayaraq heç vaxt profisional oyuncu ola bilmir. Atasının xəstəliyinə görə ölməsinə və anasına kömək etmək üçün oyunu buraxıb əlavə işlərdə işləməyə başlıyır və təhsilin yarımçıq qoyur. Məktəb (lisey ) kənardan qurtarır.

Anası cvsini bir tanışı vasitəsi ilə "Wonin International" şirkətinə qəbul edilir. və tanışlıqla işə girdiyi üçün heç kim tərəfindən hörmət görməz digər stajerlər onu xoşlamaz. Bundan əlavə onun müdiri Oh Sang da tanışlıqla işə girdiyi üçün ondan xoşu gəlməz və ona iş öyrətmək istəməz. Amma Jang Geu Rae çox çalışması ilə müdirinin diqqətini çəkir. İndi əsas müdirin diqqətini çəkib şirkətdə qalıcı işçi olmaqdı









Drama hələ aşlamasa da yəqin ki , Geu Rae ilə Young Yi arasında romantik münasibət olacaq :). Geu Rae ilk iş günü də Young Yİ görəndə ondan təsirlənir amma iş vaxt xarici dil bilmədiyi üçün qızı sözün əsl mənasında bezdirir.













Çox çalışmasıa baxmayaraq çox şeyi bilmir və  çox soruşur  amma şirkətdə hamı məşğuldu onu başa salmağı vaxt itkisi kimi gəlir. Ona ən çox verilən sual "26 il nə edərək yaşamışan  ?"








Young Yi şirkətdə tələb görən işçidi hamı onu öz komandasında istəyir. Çox yaxşı işləyir , çoxlu xarici dil bilir ( dramada rusca da danışır :) )















Bu da Geu Rae-nin Young Yi xaricdən gələn zənglərə cavab verməyə məcbur edirdi. ( amma bu səhnələrdə istəyəndə çox şirindi idi , dil bilmədiyi üçün danışa bilmirdi )






















Bu da bizim Geu Raeni əzaənlər komandası. Dramada heç xoşlamayacaqsız onları. Eynək taxan hələ bilmirəm yaxşıdı ya pis amma onda da qəribəlik var




Bu səhnə çox təsirli idi izlərkən gözlərim doldu. Bu drama digər koreya dramalarından fəqrli olaraq real həyatı göstərir həmişə hər şey yaxşı olmur ya da nə qədər çox çalışsanda nəticə hər dəfə yaxşı olmaya bilər. Əsl həyatı işləmək iş üçün hər şeyə dözməyi göstərir.. Dramaya baxanda özüm üçün də narahat oldum gələcəkdə işləsəyəndə nələrlə qarşılasa bilərəm. 
Hələki 4 bölümü yayımlanıb sadə və özünə çəkən dramadı. Mövzu da fərqlidi. Koreyada çox yaxşı rəylər alır.